Təcavüzkar koalisiya Yəməndə müqəddəs məkanları hədəfə alır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335493-təcavüzkar_koalisiya_yəməndə_müqəddəs_məkanları_hədəfə_alır
Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri koalisiyası Yəməndə müqəddəs məkanları hədəfə almağa başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2019 13:45 Asia/Baku
  • Əl-Hüdəydə şəhəri - Yəmən
    Əl-Hüdəydə şəhəri - Yəmən

Səudiyyə Ərəbistanı və Ərəb Əmirlikləri koalisiyası Yəməndə müqəddəs məkanları hədəfə almağa başlayıblar.

Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı koalisiyası Əl-Hüdəydə şəhərinə olan  hücumlarında müharibəyə dair bütün beynəlxalq qanunları pozub. İndi də bu koalisiya ABŞ-ın başçılığı altında Əl-Hüdəydə şəhərində məscidlər və ibadətgahları hədəfə almaqla müqəddəs məkanları viran etməyə başlayıb.

Ərəb Əmirlikləri və Səudiyyə koalisiyası bu müqəddəs məkanları dağıtmaqla Yəmən xalqını təhqir etməyə, ləkələməyə çalışır.

 

Əl-Hüdəydə sakini: “Artıq 4 ildir ki, Yəmən düşmənlərin hərbi təcavüzünə məruz qalır. Düşmən infrastrukturları hədəfə alır. Ənsarullahın, ordunun və xalq qüvvələrinin Məkkəni hədəfə aldığını iddia edirlər. Yalandır. Əksinə, məscidlər, müqəddəs məkanlara hücum edən onlardır.”

 

Əl-Hüdəydə sakini: “Düşmən qırıcıları onlarla məscidi hədəfə alaraq, dağıdıblar. Düşmən dini, müsəlmanları dəstəklədiyini iddia edir. Halbuki, onlar insanların namaz qılmaqla məşğul olduqları məscidləri dağıdırlar.”

 

Təcavüzkarların və onların muzdurlarının məscidlərə hücum etmək və namaz qılan insanları hədəfə almaqda məqsədi, xalqı haqqa dəvət edən dindar kəsimin səsini boğmaq, zülm və yalanı ifşa edənləri susdurmaqdır. Düşmən xalqı təcavüzkarlar və xarici müdaxilələr qarşısında müqavimət göstərməyə səsləyənləri məhv etməyə çalışır.

 

Məscidin imam camaatı: “Şəhər və kəndlərimiz intensiv olaraq hücumlara məruz qalır. Qanlarımızı axıdır, bizi qırğın edirlər. Bunun səbəbi nədir? Onlar nə istəyirlər? Onlar “Allahdan başqa Allah yoxdur və Məhəmməd (s.ə.s) onun rəsuludur” deyən xalqdan nə istəyirlər? Allah onun qanını qorudu, malını qorudu və diyarını qorudu.”

 

Məscidlərə hücum edən və onları dağıtmağa çalışanlar heç vaxt məscidləri qoruduqlarını, ona xidmət etdiklərini sübut edə bilməyiblər.

 

Savaş evlərin dağıdılması, insanların qırğın edilməsi ilə məhdudlaşmadı. Haqqın səsini boğmaq üçün müqəddəs məkanların dağıdılmasına qədər uzandı.