Bəhreyn xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz etdi
-
Bəhreyn xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz etdi
Bəhren xalqı sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz olaraq aksiya keçirib.
Əl-Məyadin informasiya kanalının bildirdiyinə görə, Bəhreynin müxtəlif məntəqələrində insanlar küçələrə axın edərək, sionist rejim ilə əlaqələrin normallaşdırılmasına etiraz edib. Aksiya iştirakçıları "sionist rejim ilə əlaqələrin normallaşdırılmasına yox" şüarı verərək, Bəhreyn və Fələstin bayraqlarını əllərində daşıyıblar.
Aksiya iştirakçılarının əllərində olan bəzi plakatların üzərinə "Bəhreyn sionist rejim ilə əlaqələrin normallaşdırılması qarşısında müqavimət göstərir" şüarı yazılıb.
Aksiya iştirakçıları həmçinin Bəhreyn və Fələstin vətəndaşlarını qətlə yetirənlərdən intiqamın alınması haqqına təkid edərək, Fələstin xalqı ilə həmrəylik elan ediblər.