Bəşşar Cəfəri: Amerikan koalisiyasının məqsədi Suriyada müharibəni uzatmaqdır
-
Bəşşar Cəfəri: Amerikan koalisiyasının məqsədi Suriyada müharibəni uzatmaqdır
Suriyanın BMT-dəki daimi nümayəndəsi çərşənbə axşamı dedi: ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalisiyası Suriyada müharibəni uzatmağa çalışır.
İRNA-nın məlumatına görə, Bəşşar Cəfəri Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında Amerikan koalisiyasının Suriyanın infrastrukturlarını kütləvi şəkildə məhv etməklə məşğul olduğunu deyərək, ABŞ-ın Suriya ərazisinə qarşı hava hücumlarını dayandırmasını istəyib.
Suriyanın BMT-dəki nümayəndəsi əlavə etdi: Amerikan koalisiyasının Suriyaya olan hücumlarında indiyə kimi minlərlə suriyalı həlak olub və ya yaralanıb.
Bəşşar Cəfəri Amerikan koalisiyasının Suriyaya olan hücumlarının davam etməsinin Təhlükəsizlik Şurasının passivliyinin nəticəsi adlandırıb və qərblilərin terrorizm ilə mübarizə ilə bağlı iddialarının yalan olduğunu deyib.
Suriyanın BMT-dəki daimi nümayəndəsi əlavə etdi: Təhlükəsizlik Şurasının bəzi daimi üzvləri birtərəfli qaydada sanksiyalar tətbiq etməklə Suriya əleyhinə siyasi terroru iqtisadi terror ilə təkmilləşdirməyə çalışırlar.