Suriya ordusunun Həmanın şimalında hərbi əməliyyatı
-
Suriya ordusunun Həmanın şimalında hərbi əməliyyatı
Suriya ordusu çərşənbə axşamı Suriyanın qərbində, Həma şəhərinin şimalında yarımhərbçilərin mövqelərini hədəfə alıb.
Əl-Aləmin məlumatına görə, Suriya ordusu "Türküstan Partiyası"na bağlı yarımhərbçilərin mövqelərini hədəfə alıb.
Suriya ordusunun bildirdiyinə görə, bu əməliyyatda onlarla yaraqlı ölüb və yaralanıb.
Suriya ordusu çərşənbə axşamı həmçinin, Həma şəhərinin 45 kilometrliyində yerləşən Ətşan qəsəbəsində yarımhərbçilərə məxsus 2 ədəd dronu vurub.
Suriyada təhlükəsizlik böhranı 2011-ci ildə ABŞ və Ərəbistan başda olmaqla Qərb və irticaçı ərəb rejimlərinin himayəsində olan terrorçuların Suriyaya axın etməsi ilə başlandı.
Suriya ordusu İran və Rusiyanın dəstəyi ilə İŞİD terrorçuları üzərində qələbə çalmağı bacarıb.
Digər terrorçu qruplaşmalar da yolun sonuna gəliblər.