Azad edilmiş Bağuz kəndində 50 yezidi qadının başsız cəsədi aşkar edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i335885-azad_edilmiş_bağuz_kəndində_50_yezidi_qadının_başsız_cəsədi_aşkar_edilib
İraqın Əlhəşduşşəbi qüvvələrində yezidi qüvvələrin komandanı bildirib ki, İŞİD terror qrupu Suriyanın şərqində əlli iraqlı yezidi qadının başını kəsibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2019 18:23 Asia/Baku
  • Azad edilmiş Bağuz kəndində 50 yezidi qadının başsız cəsədi aşkar edilib
    Azad edilmiş Bağuz kəndində 50 yezidi qadının başsız cəsədi aşkar edilib

İraqın Əlhəşduşşəbi qüvvələrində yezidi qüvvələrin komandanı bildirib ki, İŞİD terror qrupu Suriyanın şərqində əlli iraqlı yezidi qadının başını kəsibdir.

İraqın Əlhəşduşşəbi qüvvələrində yezidi qüvvələrin komandanı Murad Şərv Suleyman bu gün bir mətbuat konfransında deyib: İngilis qüvvələrdən xüsusi təyinatlı bir bölmə son zamanlar Suriyanın şərqində İŞİD terror qrupunun işğalından azad edilmiş Bağuz kəndində bu yezidi qadınların başsız cəsədlərini aşkar edibdir.