Netanyahunun müxaliflərinin aksiyası davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336072-netanyahunun_müxaliflərinin_aksiyası_davam_edir
Sionist rejimin baş nazirinin müxaliflərindən yüzlərlə nəfər dünən də Təl-Əviv küçələrinə çıxaraq onun kənarlaşdırılmasını istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 04, 2019 06:53 Asia/Baku
  • Netanyahunun müxaliflərinin aksiyası davam edir
    Netanyahunun müxaliflərinin aksiyası davam edir

Sionist rejimin baş nazirinin müxaliflərindən yüzlərlə nəfər dünən də Təl-Əviv küçələrinə çıxaraq onun kənarlaşdırılmasını istəyib.

Sionist rejimin baş naziri Benyamin Netanyahunun müxalifləri öz şüarlarında onu “baş nazir” yerinə, “cinayətkar nazir” adlandırıb və onun baş nazirlikdən kənarlaşdırılmasını istəyiblər.

Dünəndən başlanmış bu aksiyalarda aksiyaçılar xüsusi təyinatlı polis qüvvələrilə toqquşublar. Bu qüvvələr etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Netanyahu son aylarda korrupsiya işi ilə bağlı dəfələrlə mühakimə və istintaq olunub. Sionist rejimin siyasi və hərbi məsul şəxsləri arasında maliyyə və əxlaq pozğunluğunun genişlənməsilə bu rejimin bir çox məsul şəxsi, o sıradan həmin rejimin keçmiş prezidenti və baş naziri öz vəzifələrindən istefa verməyə məcbur olublar.

Netanyahunun məhkəmə işi elə bir halda yeni etapa daxil olubdur ki, gələn ay işğal olunmuş Fələstində növbədənkənar parlament seçkiləri keçiriləcək. Netanyahu onda ittiham olunur ki, sualtı qayıq alqısı sahəsində sionist rejimlə bir alman şirkəti arasında bağlanmış müqavilədə milyonlarla dollar rüşvət alıbdır.