Yəmənlilər Ərəbistanın cənubuna raket hücumu ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336073-yəmənlilər_Ərəbistanın_cənubuna_raket_hücumu_ediblər
Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən bir ədəd “Bədr P-1” tipli yerli ballistik raketlə səud muzdurlarının Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərinin “Husnulhəmad” məntəqəsindəki mövqeyini hədəfə alıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 04, 2019 07:02 Asia/Baku
  • Yəmənlilər Ərəbistanın cənubuna raket hücumu ediblər
    Yəmənlilər Ərəbistanın cənubuna raket hücumu ediblər

Yəmənin ordusu və xalq komitələri bu gün səhər tezdən bir ədəd “Bədr P-1” tipli yerli ballistik raketlə səud muzdurlarının Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərinin “Husnulhəmad” məntəqəsindəki mövqeyini hədəfə alıblar.

Bu hücumun törədə biləcəyi tələfat barədə hələ bir məlumat daxil olmayıbdır.

Yəmənin ordusu və xalq komitələri dünən axşam da səud hərbçilərinin Yəmənin Ərəbistanın Cizan şəhəri ilə sərhəddə yerləşən Midi səhrasındakı mövqelərini bir ədəd “Bədr P-1” tipli raketlə hədəfə almışdılar.

Yəmənin son raket hücumları İsveç razılaşmasının pozulmasına və təcavüzkar səud koalisiyasının Əlhudəydədəki atəşkəsə sadiq qalmamasına cavab olaraq həyata keçirilir.

İsveçdə yəmənli qruplar arasında razılaşdırılmış atəşkəs dekabrın 18-i səhər tezdən əl-Hudəydə liman şəhərində başlanıb, amma səud koalisiyası hər gün onu pozur.

Əl-Hudəydə liman şəhəri Yəmənə humanitar yardımların göndərilməsi üzrə başlıca istiqamətdir.

İndiyədək Yəmən savaşına son qoymaq üçün bir neçə dəfə fəaliyyət göstərilib, amma hər dəfə Ərəbistanın və müttəfiqlərinin sabotajı ilə bu fəaliyyətlər dalana dirənibdir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.