ABŞ Suriyada qadağan olunmuş fosfor bombalarından istifadə edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336074-abŞ_suriyada_qadağan_olunmuş_fosfor_bombalarından_istifadə_edib
Amerikanın komandanlığı altında olan üzdəniraq anti-İŞİD koalisiyasının qırıcıları Suriyanın Diyrəzzur vilayətində yerləşən Əlbağuz kəndini qadağan edilmiş fosfor bombaları ilə bombalayıblar.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Mart 04, 2019 07:36 Asia/Baku
  • ABŞ Suriyada qadağan olunmuş fosfor bombalarından istifadə edib
    ABŞ Suriyada qadağan olunmuş fosfor bombalarından istifadə edib

Amerikanın komandanlığı altında olan üzdəniraq anti-İŞİD koalisiyasının qırıcıları Suriyanın Diyrəzzur vilayətində yerləşən Əlbağuz kəndini qadağan edilmiş fosfor bombaları ilə bombalayıblar.

Bu bombardmanda bir neçə uşaq və qadın daxil olmaqla bir qrup Suriya vətəndaşı həlak olub.

Amerikan koalisiyanın qırıcıları bundan öncə də dəfələrlə Diyrəzzur vilayəti daxil olmaqla Suriyanın müxtəlif məntəqələrini qadağan edilmiş fosfor bombaları ilə hədəfə almışdılar. Bu hücumlarda onlarla suriyalı mülki öldürülmüşdü.

Suriya hökuməti dəfələrlə BMT baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, onları ABŞ koalisiyasının Suriyadakı cinayətlərini dayandırmağa çağırıbdır.

Amerikanın komandanlığı altında olan üzdəniraq anti-İŞİD koalisiyasının İraqa və Suriyaya qarşı hücumlarına nəzarət edən “İrvares” nəzarət qrupu son zamanlar bildirib ki, 2014-cü ildən bəri amerikan koalisiyanın İraq və Suriyada keçirdiyi hava hücumlarında beş mindən çox sivil öldürülübdür.

Son illərdə Birləşmiş Ştatlar dəfələrlə terrorçu qruplarla mübarizə bəhanəsiylə Suriya və İraqdakı mülki şəxsləri hədəf alıbdır.

Üzdəniraq anti-İŞİD koalisiyası Barak Obamanın Amerikadakı prezidentliyi dövründə Suriya və İraqdakı terrorçu qruplarla mübarizə bəhanəsiylə formalaşdı.

Belə bir halda, rəsmi hesabatlara görə, ABŞ və onun qərbli və ərəb tərəfdaşları İŞİD də daxil olmaqla, terrorçu qrupların əsas təşkilatçıları, həmçinin silah və maliyyə himayədarlarıdırlar.