Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılıb
-
Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılıb
Ərəb mediaları səudiyyəli tənqidçi Camal Qaşıqçının cəsədinin Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində yandırılmasından xəbər veriblər.
Bu məlumata görə, faktlar göstərir ki, səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçının cəsədi Ərəbistanın İstanbuldakı baş konsulunun mənzilində mövcud olan bir qaz təndirində yandırılıbdır.
Deyilənlərə görə, Ərəbistanın baş konsulunun birbaşa sifarişi ilə bu konkret xüsusiyyətlərə malik təndiri düzəltmiş fəhlənin sözləri cinayətin miqyasını ifşa edibdir.
Belə bir halda, bundan öncə İstanbul polisi bildirmişdi ki, baş konsulun mənzilində qaz və odunla yanan iki təndir aşkar edilib və ehtimal olunur ki, Qaşıqçının cəsədi doğrandıqdan sonra təndirdə yandırılıbdır.
Səudiyyəli tənqidçi jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Ərəbistanın İstanbuldakı baş konsulluğunda qətlə yetirilibdir.
Türkiyənin kəşfiyyat təşkilatlarının dəyərləndirmələri ondan xəbər verir ki, Qaşıqçının qətlinə göstəriş verən şəxs, səudiyyənin yüksək vəzifəli rəsmilərindən biri və böyük ehtimala qarşı, səud vəliəhdi Muhəmməd bin Salmandır.