Mart 07, 2019 12:45 Asia/Baku
  • Ərəbistanın Yəmənə hücumları davam edir

Təcavüzkar Səudiyyə koalisiyası Yəmənin Sədə vilayətində yaşayış məntəqəsini raket və artilleriya ilə hədəfə aldı.

İRNA-nın məlumatına görə, təcavüzkar Səudiyyə koalisiyasının bu gün cümə axşamı Yəmənin Sədə vilayətinin Razəh məntəqəsinə olan raket və artilleriya hücumunda bir nəfər ölüb, iki nəfər də yaralanıb. 

Təcavüzkar Səudiyyə koalisiyası çərşənbə günü də Şəda sərhəd məntəqəsinə olan hücumlarında iki nəfərin xəsarət almasına səbəb olmuşdu. 

Yəmən mediaları isə bildirirlər ki, Ərəbistanın cənub-qərbində, Cizan vilayətində muzdlu qüvvələrin toplaşdığı məkan Yəmən ordusu və xalq qüvvələrinin PUA bölməsinin hücumuna məruz qalıb. Bu hücumda bir qrup muzdlu ölüb və yaralanıb. 

Ərəbistan 2015-ci ilin martından ABŞ-ın  yaşıl işığı və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Yəmənə qarşı hərtərəfli hücumlara başlayıb. 

Hazırda havadan, qurudan və dənizdən mühsirədə saxlanılan Yəməndə yüz mindən çox insan Ərəbistanın birbaşa hücumları, aclıq və xəstəlik üzündən həyatını itirib. Milyonlarla insan didərgin düşüb. Ölkənin bütün infrastrukturları məhv edilib. 

Teqlər