Zərif İraq xarici işlər naziri ilə telefonla danışıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336350-zərif_İraq_xarici_işlər_naziri_ilə_telefonla_danışıb
İraq Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə bu ölkənin xarici işlər naziri Muhəmməd Əli Əlhəkimin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon söhbətindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2019 08:23 Asia/Baku
  • Zərif İraq xarici işlər naziri ilə telefonla danışıb
    Zərif İraq xarici işlər naziri ilə telefonla danışıb

İraq Xarici İşlər Nazirliyinin sözçüsü dünən gecə bu ölkənin xarici işlər naziri Muhəmməd Əli Əlhəkimin İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zəriflə telefon söhbətindən xəbər verib.

Əhməd Əlsəhhaf bildirib ki, Əlhəkim və Zərif bu telefon söhbətində ikitərəfli əlaqələr və son region olayları ətrafında fikir mübadiləsi aparıblar.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib: İki tərəf həmçinin İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin qarşıdakı həftədə İraqa olacaq səfəri məsələsini nəzərdən keçirib.

İran İslam Respublikası prezidenti gələn həftənin bazar ertəsi günü İraqa səfər etməlidir.

İraq prezidenti Bərhəm Salih bundan öncə İran İslam Respublikası prezidentinin Bağdada olacaq qarşıdakı səfərini mühüm adlandırmışdı.

İran İslam Respublikası və İraq son dərəcə yaxşı əlaqələrə malikdirlər.