BMT: Qəzzə təcili yardımlara ehtiyaclıdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i336359-bmt_qəzzə_təcili_yardımlara_ehtiyaclıdır
BMT-nin insan haqları komissarı Qəzzə zolağı sakinlərinin məişət durumu barədə nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2019 13:27 Asia/Baku
  • BMT: Qəzzə təcili yardımlara ehtiyaclıdır

BMT-nin insan haqları komissarı Qəzzə zolağı sakinlərinin məişət durumu barədə nigarançılıq edib.

Mişel Baçelet bildirib ki, Qəzzə zolağı sakinlərinin yetmiş faizi qida yardımları xüsuiyyət təşkil etməklə təcili humanitar yardımlara ehtiyaclıdır.

BMT-nin insan haqları komissarı həmçinin deyib: Bu komissarlıq hazırkı mart ayında proqnoz edildiyi kimi işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbəsalmanın himayədarı olan sionist şirkətlərin adları barədə bir hesabat təqdim etməyibdir.

Baçelet əlavə edib: Bu məsələ beynəlxalq fəalları hiddətləndirib, amma bu cür mühüm və mürəkkəb hesabatın hazırlanması üçün daha çox vaxta ehtiyac var.

Deyilənlərə görə, Amerika və bəzi digər tərəflər işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbəsalmanın himayədarı olan sionist şirkətlərin adlarının yayılmasına mane olurlar.