Mart 10, 2019 15:01 Asia/Baku
  • Liberman sionist rejimin Fələstin müqaviməti qarşısındakı acizliyini etiraf edib
    Liberman sionist rejimin Fələstin müqaviməti qarşısındakı acizliyini etiraf edib

Sionist rejimin keçmiş müharibə naziri bu rejimin Fələstin müqaviməti qarşısındakı acizliyini etiraf edib.

Aviqdor Liberman sionist rejimin fələstinlilərin müqaviməti qarşısında təslim olduğunu etiraf edərək, deyib: Hazırda şimal və cənub sərhədlərində vəziyyət gərgindir və iki ilədək bu vəziyyət bundan qat-qat pis olacaqdır.

Liberman bundan öncə də sionist rejimin Qəzzə zolağındakı siyasətinin məğlub olduğunu etiraf edərək, demişdi ki, müqavimət qüvvələri heç nədən qorxmurlar və Təl-Əviv gələcək üçün sabit bir siyasət və tədbirə və ya Həmas hərəkatını dayandırmaq üçün bir plana malik deyildir.

Liberman sionist rejimin Qəzzə zolağına qarşı son hücumlarının dayandırılmasını tənqid edirdi, amma Fələstin xalqının və müqavimət qüvvələrinin şücaətli mübarizəsi bu rejimi atəşkəsi qəbul etməyə məcbur etdi və sionist rejimin keçmiş müharibə naziri istefa verməyə məcbur oldu.

Teqlər