Mart 10, 2019 17:58 Asia/Baku
  • Tehran-Bağdad əlaqələri stratejidir
    Tehran-Bağdad əlaqələri stratejidir

İraqın xarici işlər naziri İran-İraq əlaqələrini strateji və köklü adlandırıb.

İraqın xarici işlər naziri Muhəmməd Əli Əlhəkim bu gün Bağdadda İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifin iştirakı ilə keçirilən İran-İraq müzakirələrinin ekspert iclasında iki ölkənin ikitərəfli və regional məsələlər barədəki danışıqlarını səmərəli adlandırıb.

İraqın xarici işlər naziri deyib: İran İslam Respublikasının prezidenti  Həsən Ruhaninin iraqlı rəsmilərlə olacaq görüşlərində irəli sürüləcək əsas məsələ və mehvərlər İranın xarici işlər naziri ilə araşdırıldı və yaxşı anlaşmalar əldə olundu.

Əlhəkim ümidvarlıq edibdir ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin sabah baş tutacaq səfəri, həmçinin İraqın prezidenti Bərhəm Salih və baş naziri Adil Əbdulməhdi ilə olacq görüşlərinin nəticələri qarşılıqlı həmkarlıqların genişləndirilməsində səmərəli olacaq.

Teqlər