Netanyahunun mühakiməsi seçkilərdən sonraya saxlanıldı
Mart 12, 2019 15:35 Asia/Baku
-
Netanyahunun mühakiməsi seçkilərdən sonraya saxlanıldı
Sionist rejimin baş prokuroru bu rejimin baş naziri Benyamin Netanyahunun istintaq və mühakimə edilməsini təxirə salıb.
Sionist rejimin 13-cü telekanalı xəbər verib ki, bu rejimin baş prokuroru Avixay Mandelblit Netanyahunun pozğunluq üzrə mühakiməsini knesset-ə keçiriləcək 9 aprel seçkilərindən sonraya saxlayıb.
Mandelblit son zamanlar rüşvət, fırıldaqçılıq və vətənə xəyanət ittihamları ilə Netanyahuya qarşı cinayət işi qaldırıb.
Netanyahu 1000, 2000, 3000 və 4000 adlı dörd məhkəmə işinə malikdir.
Teqlər