Mart 22, 2019 19:01 Asia/Baku
  • Dəclədə gəminin aşması nəticəsində 207 nəfər batıb və itkin düşübdür

İraqın Neynəva valisinin müavini bu gün deyib: İndiyədək əyləncə gəmisinin Dəclə çayında aşması hadisəsində qərq olanlardan 89 nəfərin cəsədi sudan çıxarılıb. 118 nəfər də itkindir.

İraqın Neynəva valisinin müavini Əhməd Əlcəburi deyib: Dəclə çayında aşmış gəminin 287 sərnişini olub və onların əksəriyyətini qadınlar və uşaqlar təşkil ediblər.

Gəminin tutumu əlli nəfər olub və yükün ağırlığı üzündən aşıbdır.

O, deyib: Turizm adasında quraşdırılmış kameralar göstərir ki, bu gəmidə 103 qadın, 98 uşaq və 86 kişi olubdur.

Dünən Mosul şəhərinin yaxınlığında, Dəclə çayının Əlqabat məntəqəsində bir əyləncə gəmisinin aşması nəticəsində 200 nəfərdən çox insan ölüb və ya itkin düşübdür.

İraqın baş naziri Dəclə çayında bir əyləncə gəmisinin aşması nəticəsində bu ölkə vətəndaşlarından onlarla nəfərin həlak olmasının ardınca bütün ölkədə ümumi matəm elan edibdir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü də bu hadisə ilə bağlı həlak olanların ailələrinə və İraq xalqına başsağlığı veribdir.

 

 

Teqlər