Yəmənlilər Səna əyalətində raket və artilleriya əməliyyatları keçiriblər
-
Yəmənlilər Səna əyalətində raket və artilleriya əməliyyatları keçiriblər
Yəmən ordusu və xalq komitələrinin raket və artilleriya bölmələri dünən gecə müştərək bir əməliyyatda bu ölkənin Səna əyalətinin «doqquzuncu» məntəqəsində yerləşən səud muzdurlarının mövqelərini hədəfə alıblar.
Bu əməliyyatda səud muzdurları böyük tələfata və xəsarətlərə düçar olublar.
Yəmən Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Əli Əlmuşəki son zamanlar bildirmişdi ki, yəmənlilər heç bir təcavüzkarın Yəməndən salamat qurtarmaması barədə əhd-peyman bağlayıblar.
Yəmən ordusu və xalq komitələrinin müdafiə qüdrəti bu ölkənin səud rejimi tərəfindən hərtərəfli şəkildə mühasirə edilməsinə rəğmən, günü-gündən artmaqdadır.
Ərəbistan ABŞ, əmirliklər və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martından Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.
Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.
Səud rejimi və müttəfiqləri indiyədək Yəmən xalqının müqavimətinə görə, bu ölkədəki hədəflərinə çata bilməyiblər.