Qolanın suriyalı mahiyyəti dəyişməzdir
Livanın xarici işlər naziri deyib ki, Qolan yüksəklikləri Suriya ərazisidir və onun mahiyyəti və hakimiyyəti tarixi bir həqiqət kimi dəyişməzdir.
Livanın xarici işlər naziri Cubran Basil, Qolan yüksəkliklərinin Suriya ərazisi olaraq qalacağını vurğulayaraq, əlavə edib: Qolan yüksəkliklərinin əhalisi ərəbdir və bu tarixi keçmiş dəyişməzdir və birtərəfli qərarlarla dəyişə bilməz.
Basil söyləyib: Şəba əkin sahələri, Kəfər-Şuba yüksəklikləri və Qəcər kəndi də Livan ərazisinin bir hissəsidir və bu məntəqələrin taleyinin işğal ilə dəyişməsi mümkün deyil.
Amerika prezidenti Donald Tramp martın 25-də beynəlxalq qanunlara zidd gedib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini birbaşa şəkildə pozaraq, bir fərman imzaladı ki, ona əsasən, Vaşinqton sionist rejimin Suriyanın işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıyır.