Mühasirə, yəmənli ailələr və ölüm təhlükəsi
-
Mühasirə, yəmənli ailələr və ölüm təhlükəsi
Yəmənin Hüdəydə vilayətinin cənubunda yerləşən Dürəyhimi məntəqəsinin sakinləri mühasirədə olduqları üçün ölüm təhlükəsi ilə üz-üzədirlər.
Ərəbistanın başçılıq etdiyi təcavüzkar koalisiya qüvvələri və onların tabeliyində olan muzdlu yaraqlılar artıq 5 aydır ki, bu məntəqəni mühasirədə saxlayırlar. Bu da Dürəyhimi məntəqəsinin ərzaq qıtlığı və dərman preparatları çatışmazlığı ilə üzləşməsinə səbəb olub.
Əl-Aləm kanalının Yəməndəki müxbiri bildirir: BMT-nin təcavüzkar koalisiya qüvvələrinin Yəmənin qərb sahillərindəki cinayətləri qarşısında sükut etməsi Hüdəydə vilayətinin cənub məntəqəsi sakinlərinin didərgin düşməsinə səbəb olub. Dürəyhimi məntəqəsinin sakini olan təqribən 7 min nəfər artıq bir müddətdir ki, mühasirədədir və davamlı olaraq təcavüzkar qüvvələrin hücumlarına məruz qalırlar.
Yəmən vətəndaşı: Evlər və ağaclar da daxil olmaqla heç bir şey təcavüzkarların hücumundan amanda deyil. Buna görə də insanlar sığınacaqsız və ərzaqsız qalıblar.
Dürəyhimi məntəqəsində mühasirə zonasında olmayan əhalinin dediyinə görə, Dürəyhimi məntəqəsində ölüm halları xeyli artıb. Bunun səbəbi isə ərzaq qıtlığı və dərman preparatlarının olmamasıdır. Bu məntəqədən çıxmağı bacaranlar isə mühasirədə olan insanların xüsusilə qadınlar və uşaqların acınacaqlı vəziyyətdə olduqlarını deyirlər.
Yəmən vətəndaşı: Bəzi məntəqə sakinləri aclıqdan canlı skletə çevriliblər və acınacaqlı şəkildə həyatlarını itirirlər. Məntəqəni tərk etməyə çalışanları isə böyük təlhükələr gözləyir.
Aydın olan bir məsələ var. Atəşkəs anlaşmasının Hüdəydə sakinləri üçün hansısa faydası olmayıb. Və mühasirədə olan Dürəyhimi məntəqəsi sakinlərinin durumu buna aydın sübutdur.