Apr 02, 2019 21:44 Asia/Baku
  • Yəmən: BMT gəmilərə Yəmənə giriş icazəsinin verilməsini durdurdu
    Yəmən: BMT gəmilərə Yəmənə giriş icazəsinin verilməsini durdurdu

Yəmənin milli qurtuluş hökumətinin xarici işlər naziri: BMT bazar ertəsindən etibarən gəmilərə Yəmən limanlarına giriş icazəsinin verilməsini durdurdu.

Əl-Məyadin bildirir: Yəmənin milli qurtuluş hökumətinin xarici işlər naziri Hişam Şərəf BMT-nin nəzarət heyətindən ərzaq məhsulları daşıyan yük gəmilərinə giriş icazəsi vermələrini istəyib.

Hişam Şərəf Ərəb Liqasının Yəmənə qarşı hərbi təcavüzlər və bu ölkənin mühasirədə saxlanılması məsələsi qarşısındakı qeyri-konstruktiv mövqeyini tənqid edərək, deyib: Ərəb Liqası başçılarının Tunis iclasında sərgilədikləri mövqe tam bir həyasızlıq olması ilə yanaşı, Ərəb ümmətinin ağrı və acılarına laqyd münasibətin aşkar nişanəsidir.

Ərəb Liqasının 30-cu sammiti bazar günü Tunisdə bir bəyanat yayaraq, öz işini başa vurdu.

Ərəb ölkələri başçıları bu bəyanatda Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərinin Yəmənə olan hərbi təcavüzünü qınamaq yerinə, yəmənlilərin bu təcavüzlər qarşısındakı müqavimətini cinayət adlandırdılar.

 

Teqlər