Apr 06, 2019 17:56 Asia/Baku
  • Suriya xalqının Trampın qərarına etirazları davam edir
    Suriya xalqının Trampın qərarına etirazları davam edir

Bir qrup Suriya vətəndaşı Amerika prezidenti Donald Trampın Qolan yüksəklikləri barədəki son qərarına etirazının onuncu günündə tədbirlər keçirərək, Trampın bu hərəkətini pisləyibdir.

Dəməşq ətrafında yerləşən Duma şəhəri, Səbinə qəsəbəsi və Qunəytrə şəhərinin sakinləri bu gün aksiya keçirərək, Trampın sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanıması haqdakı qərarına etiraz. ediblər.

İşğal olunmuş Qolan məntəqəsinin əhalisi ilə həmrəylik ifadə edən suriyalı etirazçılar və fəallar bu ölkənin bayrağı və Suriya prezidenti Bəşşar Əsədin portretlərini əlində tutaraq, Trampın qərarını ləğv olunmuş qərar adlandırıblar.

Suriyanın müxtəlif vilayətləri sakinlərinin ön gün bundan öncədən başlanmış Amerikanın sionist rejimin işğal olunmuş Qolan yüksəkliklərinə hakmiyyətini rəsmən tanımağa dair mövqeyini bildirməsini pisləyən aksiyaları davam edir.

Teqlər