Livan prezidenti sionistlər ilə istənilən əməkdaşlığı rədd etdi
Livan prezidenti sionistlərin olduğu istənilən layihədə iştiraka qarşı olduğunu bildirdi.
Livan prezidenti Mişel Ovn Beyrutda Yunanıstan prezidenti Prokopis Pavlopoulos ilə birgə mətbuat konfransında neft və qaz yataqlarının müstəqil formada istismar edilməsini Livanın haqqı adlandıraraq, İsrailin iştirak etdiyi istənilən konsorsiumda xüsusilə də "Yaxın Şərq Qaz Konsorsiumu"nda iştiraka qarşı olduğunu bildirdi.
Mişel Ovn daha sonra dedi: ABŞ prezidenti Donald Trampın Suriyanın işğal edilmiş Colan yüksəkliklərini İsrail ərazisi kimi tanımaq qərarı həmçinin, Qüdsü İsrailin paytaxtı adlandırması beynəlxalq qanunların aşkar formada pozulmasıdır. BMT-nin nizamnaməsinə də zidd olan bu qərarlar Livanın milli hakimiyyəti əleyhinə də aşkar təhdid sayılır.