Apr 12, 2019 19:46 Asia/Baku
  • Vəba Yəməndə can almaqda davam edir
    Vəba Yəməndə can almaqda davam edir

Yəmənin Həccə vilayətinin ümumi səhiyyə idarəsinin müdiri bu vilayətdə 15 mindən çox insanın vəbaya yoluxduğunu və indiyə kimi 25 nəfərin bu xəstəlikdən həyatını itirdiyini bildirdi.

İRNA-nın məlumatına görə, İbrahim Əl-Əşul deyir: Həccə vilayətinin səhiyyə sistemi vəbaya yoluxmuş xəstələri müalicə etmək üçün kifayət qədər imkanlara malik deyil və dərman qıtlığı bu məsələni xeyli çətinləşdirir. 

Əl-Əşul vəba xəstəliyinin yayılmasını önləmək üçün beynəlxalq təşkilatların yardım etməsini istəyərək, bu xəstəliyə yoluxmuş insanların müalicə olunması üçün lazımi dərman preparatları və təchizatların artırılmasını istəyib. 

BMT-nin Yəməndəki humanitar məsələlər üzrə kordinatoru Liza Grənd son zamanlar deyib: Yəmən dünyanın ən pis humanitar böhranına düçar olub. Ölkə əhalisinin 80%-i yəni 24 milyon insan ən azı bir kateqoriya üzrə humanitar yardıma ehtiyaclıdır. 

Teqlər