Apr 14, 2019 11:28 Asia/Baku
  • Liviyanın Milli Birlik hökuməti:
    Liviyanın Milli Birlik hökuməti: "Həftər"in qüvvələri müharibə cinayəti törədiblər

Liviyanın Milli Birlik hökumətinin sözçüsü "Xəlifə Həftər"in komandanlıq etdiyi "Liviya Milli Ordusu" adlı silahlı qruplaşmanın paytaxt Tripolidə müharibə cinayəti törətdiyini bildirdi.

İRNA-nın məlumatına görə, Məhənd Yunis dedi: Milli Liviya Ordusu məktəbləri, hava limanlarını və təcili yardım maşınlarını bombardman etmək, mülki əhalini hədəfə almaqla müharibə cinayəti törədib. 

Məhənd Yunis həmçinin dedi: Liviyanın Milli Birlik hökuməti Həftərin yaraqlıları tərəfindən törədilən müharibə cinayətlərini ölkə daxilində və beynəlxalq səviyyədə qanuni məcradan izləyəcək və lazımi tədbirlər görəcək. 

Liviyada vətəndaş müharibəsi 4 aprel tarixində Xəlifə Həftərə bağlı qüvvələrin paytaxt Tripoliyə hücum etməsinin ardınca yenidən qızışıb. Xəlifə Həftər Ərəbistana olan səfərinin ardınca paytaxt Tripoliyə hücum barədə göstəriş verib. 

Liviya Milli Ordusunun paytaxt Tripoliyə hücumunun ardınca BMT-nin baş katibi Antonio Quterreş 5 apreldə Xəlifə Həftər ilə görüşüb. 

Quterreş bu görüşdə Tripolidə qan axıdılmayacağına ümidvar olduğunu demişdi. 

Liviya 2011-ci ildə ABŞ və NATO-nun birbaşa hərbi müdaxiləsi nəticəsində Müəmmər Qəzzafinin devrilməsi və öldürülməsinin ardınca vətəndaş müharibəsinin şahididir və hələ də ölkədə sabitlik bərpa olunmayıb. 

Teqlər