Apr 28, 2019 09:04 Asia/Baku
  • ABŞ-ın müvəqqəti işlər vəkili və bəhreyn səfirini çağırtdırıb
    ABŞ-ın müvəqqəti işlər vəkili və bəhreyn səfirini çağırtdırıb

İraq xarici işlər nazirliyi ABŞ-ın müvəqqəti işlər vəkili və bəhreyn səfirinin çağırtdırılması haqda göstəriş verib.

İraq xarici işlər nazirliyinin sözçüsü Əhməd əl-Səhhaf dünən gecə Suməriyyə-Nyus xəbər agentliyinə deyib: Xarici işlər naziri Muhəmməd Əli əl-Həkim ABŞ-ın müvəqqəti işlər vəkili və bəhreyn səfirinin çağırtdırılması haqda göstəriş verib.

Bəhreyn səfirinin çağırtdırılması bəhreyn xarici işlər naziri Xalid bin Əhməd Ali-Xəlifə tərəfindən Sədr cərəyanının rəhbəri Seyyid Muqtəda Sədrə qarşı təhqiredici twitt-in yayılmasının ardınca həyata keçir. Muqtəda Sədr dünən İraq və dünya olayları ilə bağlı yaydığı bəyanatda bəhreyn böhranının həlli üçün Ali-Xəlifə başçılarının hakimiyyətdən getmələrini istəmişdi.

ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkilinin çağırtdırılması da Amerika səfirliyinin müdaxilə mahiyyətli ifadələrinə, eləcə də sosial səhifələrdəki qeydlərinə görə həyata keçir ki, İraqın suverenliyini, eləcə də diplomatik qayda-qanunları pozduğuna görə, iraqlı partiyalar və qrupların etirazlarına səbəb olubdur.

 

Teqlər