May 01, 2019 21:27 Asia/Baku
  • Yəmənlilər Sudanlı muzdluların yəmənli bir qadına təcavüz etməsinə etiraz olaraq aksiya keçiriblər
    Yəmənlilər Sudanlı muzdluların yəmənli bir qadına təcavüz etməsinə etiraz olaraq aksiya keçiriblər

Yəmənin Əl-Hüdəydə vilayətinin sakinləri Sudanlı bir muzdlunun Hüdəydə vilayətində yerləşən təhita şəhərində yəmənli qadına təcavüz etməsinə etiraz olaraq aksiya keçiriblər.

Əl-Məsirə telekanalının bildirdiyinə görə, bu etiraz aksiyasında iştirak edənlər Səudiyyə muzdlularının fitnələri qarşısında müqavimətə təkid edərək, deyiblər: Yəmən ordusu və xalq qüvvələri bu fitnələri cavabsız qoymayacaq.

Əl-Hüdəydə vilayətində yerləşən Əl-Hali şəhərində də qadınlar şəhərin mərkəzində aksiya keçirərək. Səudiyyə muzdlularının yəmənli qadınlara təcavüz etmələrini kəskin formada qınayıb və işğal altındakı Yəmən ərazilərində yerli əhalinin işğalçılıq qarşısında sükut etməsini bu kimi cinayətlərin baş verməsinin başlıca səbəbi adlandırıblar.

Aksiya iştirakçıları həmçinin, təcavüzkarlara qarşı mübarizənin artırılmasını istəyiblər.

Bu etiraz aksiyasında iştirak edən qadınlar bir bəyanat qəbul edərək, Səudiyyə muzdlularının yol verdikləri cinayətlərə görə mühakimə olunmasını tələb etməklə yanaşı, bütün yəmənli qəbilələri səudiyyə muzdlularının cinayətləri qarşısnda yəmənli qadınların şərəf və namusunu müdafiə etməyə çağırıblar.

Bundan öncə Yəmənin Ənsarullah hərəkatı da Sudan inqilabının qələbə çalmasının başlıca şərtinin bu ölkə hərbçilərinin Yəməndən geri çağırılması olduğunu vurğulayaraq, Sudanlı inq ilabçılardan hərbçilərə təzyiq göstərmələrini və Sudanlı hərbçilərin Səudiyyə Ərəbistanı ilə koalisiyadan çıxmağa məcbur edilməsini istəyib.

Teqlər