May 12, 2019 08:49 Asia/Baku
  • şiə qəsəbəyə basqın ediblər
    şiə qəsəbəyə basqın ediblər

Ərəbistanın xəfiyyə qüvvələri bu ölkənin şərqində yerləşən Qətif şəhərinin şiəsakinli Sənabəs qəsəbəsinə basqın edərək, azı səkkiz vətəndaşı güllə ilə öldürüblər.

Ərəbistanın xəfiyyə orqanı şənbə günü Sənabəs qəsəbəsinə xəfiyyə təchizatları və qüvvələri göndərərək, bir neçə mənzili mühasirə və təftiş edibdir.

Yerli mənbələrin dediklərinə görə, Qətifin əl-Musəlləs məntəqəsi də səud qüvvələrinin RPG mərmisi ilə hədəfə alınıbdır.

Ərəbistanın xəfiyyə qüvvələri həmçinin yoxlama-buraxılış mərkəzləri yaradaraq, Qətifdəki Tarut adasının baş üçyolayırıcını bağlayıb və "Xalq Hərəkatı"nın fəallarından bir neçə nəfəri təqib ediblər.

Ərəbistanın şərqi sərvətin ədalətsiz bölünməsi və mövcud ədalətsizliklərə etiraz olaraq, 2011-ci ildən ali-səud rejiminə qarşı etirazların şahididir.

Qətif şəhəri də daim ali-səud hərbçilərinin hücumlarına məruz qalıb və indiyədək bu məntəqə sakinlərindən onlarla nəfər öldürülüb, yüzlərlə vətəndaş, həmçinin siyasi və vətəndaş fəalı həbs olunubdur.

Teqlər