Bir sionist sayt Fələstin müqavimətinin raket qüdrətini etiraf edib
Bir sionist sayt Fələstin müqavimət qruplarının raket qüdrətini etiraf edərək, qarşıdakı göyüşlərdə müqavimətin gücünün artacağından xəbər verib.
"Valla" saytı bir hesabatda sionist rejim ordusunun statistikalarına istinadla yazıb: Fələstinli qruplar tərəfindən atılan raketlərin orta sayı 48 saatda min raketə çatacaq.
Müqavimət qruplarının sionistlərin Qəzzə zolağına qarşı son təcavüzü gedişindəki raket hücumları sionist başçılar və sionist qəsəbə sakinləri arasında əhatəli qorxu və dəhşətin yaranmasına səbəb olubdur.
Eyni zamanda sionist rejim qırıcılarının Qəzzə zolağına qarşı hücumlarının artması ilə, müqavimət qrupları Qəzzə zolağının on üç il mühasirəsinə rəğmən, ötən həftədə öz yerli raketlərinin sayı və keyfiyyətini artıraraq, sionist rejimin hərbi bazalarına və işğal olunmuş məntəqələrə tərəf 650-dən çox raket atıblar.