May 17, 2019 10:20 Asia/Baku
  • Mənbicdə partlayış tələfata səbəb olub
    Mənbicdə partlayış tələfata səbəb olub

Suriyanın Hələb vilayətinin Mənbic şəhərində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində azı yeddi nəfər ölüb və ya yaralanıbdır.

Daxil olan məlumata görə, bir hücumçu dünən bomba qoyulmuş avtomobillə Mənbic şəhərindəki bir polis qərargahına hücum edib. Nəticədə bir polis ölüb, altı nəfər də yaralanıbdır.

Bu məlumata əsasən, yaralılar arasında bir uşaq və Suriya Demokratik Qüvvələri adlandırılan qrupun bəzi ünsürləri də vardır.

Digər tərəfdən, suriyalı müxaliflərin bəzi mənbələri bildiriblər ki, "Asayiş" adlı kürd qüvvələrə aid bir qərargaha qarşı hücum nəticəsində dörd nəfər ölüb, on nəfər də yaralanıbdır.

Terrorçular çərşənbə axşamı günü gecə on ədəd raketlə Hələbin şərqində yerləşən əl-Nəyrəb düşərgəsini hədəfə alıblar.

Hazırda terrorçuların bir qrupu İdlib vilyətində, Həmah vilayətinin şimalında və Hələbin qərbindədir. Suriya ordusu öncə Həmah, sonra isə İdlib vilayətlərini təmizləmək üçün əməliyyata başlayıb və indiyədək çoxlu sayda terrorçunu öldürüb və bir neçə məntəqəni azad edibdir.

Teqlər