Həmahda terrorçulara aid bir tunel aşkar edilib
-
Həmahda terrorçulara aid bir tunel aşkar edilib
Suriya ordusu Həmah-ın şimal-qərbində İŞİD terrorçularına aid bir tunelin aşkar edilməsindən xəbər verib.
Terrorçulara aid tunel dünən "Qələ əl-Məziq" qəsəbəsinin terrorçulardan təmizlənməsi əməliyyatı zamanı aşkar edilib. Bu tunel silah və sursat anbarlarına, həmçinin terrorçuların başçılarına aid otaqlara malikdir.
Suriya ordusu həmçinin Həmah ətrafındakı bir neçə kəndi təftiş edərkən terrorçulardan qalmış bir neçə minomyot, raket və çoxlu miqdarda sursat və mərmi aşkar və müsadirə edibdir.
Suriya ordusu ötən günlərdə Həmah ətrafında yerləşən strateji "Qələ əl-Məziq" və "Kəfər Nəbudət" qəsəbələrini Cibhətunnusrə terrorçularının işğalından azad edibdir. Bu qəsələbər Həmahda Cibhətunnusrə və Ceyşuləzzə terror qruplarının mühüm əlaqə qərargahlarından sayılır.
Terrorçular son günlər dəfələrlə Suriyanın şimalındakı İdlib və qərbindəki Həmah əyalətlərində yerləşən yaşayış massivlərini hədəfə alıblar. Bu hücumlarda qadın və uşaqlar xüsusiyyət təşkil etməklə çoxlu sayda uşaq və qadın ölüb və ya yaralanıbdır.
İdlib və Həmah əyalətləri terrorçuların Suriyadakı sonuncu bazalarıdırlar.