Mahmud Abbas: Fələstin Manama iclasında iştirak etməyəcək
Fələstin özünüidarə hökumətinin başçısı Fələstinin Manama iclasında iştirak etməyəcəyini dedi.
İRNA-nın məlumatına görə, Mahmud Abbas çərşənbə günü İordaniyanın paytaxtı Əmmanda Bəhreyn kralının elçisi Şeyx Abdullah bin Həməd Ali Xəlifə ilə görüşdə Manamanın Fələstinlə bağlı iclasa ev sahibliyi etməsini kəskin formada qınadı.
ABŞ ötən bazar ertəsi günü 25-26 iyunda Bəhreynin paytaxtı Manamada beynəlxalq iqtisadi forumun keçiriləcəyini elan etdi. Bu iclasın keçirilməsində məqsəd "Əsrin anlaşması" planı çərçivəsində Fələstin torpaqlarında investisiyanın qoyulması üçün sərmayənin cəzb olunması elan edilib.
"Əsrin anlaşması" ABŞ-ın Fələstin məsələsini həmişəlik olaraq gündəmdən çıxartmaq və fələstinliləri öz haqq və hüquqlarından məhrum etmək üçün hazırladığı yeni plandır.
Bu layihə bəzi ərəb ölkələrinin əməkdaşlığı və razılığıilə hazırlanıb.
Bu amerikan plana əsasən Qüds sionist rejimə verilir. Fələstinli didəgrinlə digər ölkələrdə məskunlaşdırılır və onlar öz torpaqlarına qayıtmaq haqqından məhrum olunurlar. Və Fələstin sadəcə Qəzzə zolağı və İordan çayının qərb sahilində qalan ərazilərə malik olacaq.