Yəmənin PUA bölməsi səud muzdurlarının Ədəndəki qarnizonunu hədəfə alıb
-
Yəmənin PUA bölməsi səud muzdurlarının Ədəndəki qarnizonunu hədəfə alıb
Yəmənin Əlməsirə telekanalı bu gün səhər tezdən bu ölkənin ordusu və xalq komitələrinin pilotsuz uçan aparat bölməsinin səud muzdurlarının Ədəndəki qarnizonuna hücum etməsindən xəbər verib.
Bu pilotsuz hücumu səud muzdurları Ədəndə yerləşən "Rəəs Abbas" qarnizonunda hərbi parad keçərkən həyata keçirilibdir.
Yəmənin pilotsuz uçan aparat bölməsi bu hücumda "Qasif K-2" pilotsuzundan istifadə edibdir.
Bəzi informasiya mənbələri Ədəndə bir neçə güclü partlayış səsinin eşdildiyni bildiriblər.
Yəmənin bir hərbi mənbəyi deyib ki, bu əməliyyat həmin qarnizonun dəqiq şəkildə nəzərdən keçirilməsindən sonra həyata keçirilibdir.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri Yəmən ordusunun pilotsuz uçan aparat bölməsinin Ədəndəki bu uğurlu əməliyyatından sonra deyib ki, Yəmənin daxili və xaricində təcavüzkarlar üçün təhlükəsiz bir yer yoxdur.
2018-ci ili Yəmənin raket ili adlandırmış yəmənlilər 2019-cu ili pilotsuz ili adlandırıblar.
Yəmən ordusu və xalq komitələrinin pilotsuz uçan aparat bölməsi son aylar dəfələrlə təcavüzkar səud koalisiyasının Yəmən, əmirliklər və ərəbistanın müxtəlif məntəqələrindəki qüvvələri və mövqelərini hədəfə alıbdır.