İyun 05, 2019 19:22 Asia/Baku
  • Ə. Əlhusi: İslam Ümməti bu gün böyük təhdidlərlə üzləşir
    Ə. Əlhusi: İslam Ümməti bu gün böyük təhdidlərlə üzləşir

Yəmən Ənsarullah hərəkatının baş katibi dünən gecə səadətli fitir bayramını dünya müsəlmanlarına təbrik deyərək, deyib ki, İslam Ümməti bu gün böyük təhlükələr və təhdidlərlə üzləşir.

Səud koalisiyasının ötən beş ildə Yəmən xalqına qarşı ən çirkin cinayətlər törətdiyini bəyan edən Əbdulməlik Bədrəddin Əlhusi əlavə edib: Yəmənlilər düşmənlərin hərbi, siyasi və iqtisadi hücumları qarşısında müqavimət göstərəcəklər.

Əlhusi söyləyib: Yəmən xalqının məzlumuluq səsini dünya xalqlarına çatdırmaqla düşmənlərin şeytani məqsədləri və zalımcasına tələblərini ifşa etmək lazımdır.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin himayəsilə 2015-ci ilin martında Yəmənə hərbi təcavüz edərək, bu ölkəni quru, dəniz və havadan mühasirəyə alıbdır. Ərəbistan ilə müttəfiqlərinin militarizmi indiyədək on altı mindən çox yəmənlinin həyatını itirməsi, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.

Ərəbistanın hərbi təcavüzü habelə yoxsul Yəmən ölkəsini kəskin qida və dərman çatışmazlığı ilə üzləşdiribdir.

 

 

 

Teqlər