İyun 08, 2019 12:15 Asia/Baku
  • Yəmən ordusu Nəcranın astanasında
    Yəmən ordusu Nəcranın astanasında

Yəmənin müdafiə naziri deyib ki, yəmənli qüvvələr Ərəbistanın Nəcran şəhəri və bu şəhər aeroportunun demək olar ki, biraddımlığındadırlar.

Yəmənin müdafiə naziri general-mayor Muhəmməd Nasir əl-Atifi Ərəbistan torpaqlarında Yəmən qüvvələrinin nəzarəti altında olan məntəqələrdən baxış keçirərkən vurğulayıb: Yəmən ordusu və xalq komitələri qüvvələri öz vətənlərinin müdafiəsində əllərindən gələni heç vaxt əsirgəməyəcəklər.

Son zamanlar Yəmən ordusu bildirib ki, Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərində keçirdiyi əməliyyat zamanı səud qüvvələrinin 20 qərargahını öz nəzarəti altına alıbdır.

Belə bir halda, Yəmən ordusu və silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri ötən çərşənbə günü bildirib ki, Yəmən ordusu və xalq komitələri qüvvələrinin Nəcrandakı əməliyyatında 200-dən çox səud hərbçisi və muzduru öldürülüb və onlarla nəfər də əsir alınıbdır.

Bu məlumata əsasən, səud koalisiyasının tələfatı arasında yüksək rütbəli hərbçiləri də nəzərə çarpır.

 

 

Teqlər