Kərkük partlayışlarında bir qrup insan ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342112-kərkük_partlayışlarında_bir_qrup_insan_ölüb_və_yaralanıb
İraqın təhlükəsizlik informasiyası idarəsi Kərkük vilayətində baş vemiş iki partlayış nəticəsində bir qrup insanın ölməsi və yaralanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2019 15:17 Asia/Baku
  • Kərkük partlayışlarında bir qrup insan ölüb və yaralanıb
    Kərkük partlayışlarında bir qrup insan ölüb və yaralanıb

İraqın təhlükəsizlik informasiyası idarəsi Kərkük vilayətində baş vemiş iki partlayış nəticəsində bir qrup insanın ölməsi və yaralanmasından xəbər verib.

Kərkük vilayətinin Əlsəduniyyə kəndində bomba partlayışı nəticəsində bir polis ölüb, iki nəfər də yaralanıbdır.

Həmçinin Kərkük vilayətinin Ələsriyyə kəndində bomba partlayışı nəticəsində bir nəfər ölüb, bir polis zabiti də yaralanıbdır.

İki həftə bundan öncə də Kərkük şəhərinin mərkəzində bir neçə terror partlayışı nəticəsində təqribən 20 nəfər ölmüş və yaralanmışdı.