Yəmənli pilotsuzlar bir daha Əbha hava limanına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342645-yəmənli_pilotsuzlar_bir_daha_Əbha_hava_limanına_hücum_ediblər
Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi bu ölkənin ordu və xalq komitələrinin ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki Əbha hava limanına qarşı pilotsuz hücumundan xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2019 03:45 Asia/Baku
  • pilotsuzlar bir daha Əbha hava limanına hücum ediblər
    pilotsuzlar bir daha Əbha hava limanına hücum ediblər

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi bu ölkənin ordu və xalq komitələrinin ərəbistanın cənubunda yerləşən Əsir əyalətindəki Əbha hava limanına qarşı pilotsuz hücumundan xəbər verib.

Yəhya Səri bildirib ki, Yəmən ordusunun “Qasif 2K” tipli pilotsuzları beynəlxalq Əbha hava limanını bombardman ediblər.

Yəmənli mənbələr bildiirblər ki, bu hücumun ardınca hava limanındakı uçuşlar dayandırılıbdır.

Bu, ötən bir həftə ərzində Əbha hava limanına qarşı dördüncü hücumdur.

Yəmən Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi dünən axşam vurğulayıb ki, ərəbistanın cənubunda yerləşən Əbha, Cizan və Nəcran hava limanları daha təhlükəsiz deyillər. O, bildirib ki, bu aeroportlar davamlı şəkildə hədəfə alınacaqlar.

Yəmənli qüvvələr son həftələrdə səud koalisiyası ilə meydan döyüşlərində mühüm qələbələr əldə ediblər.