Nəcranda ərəbistanın casusluq pilotsuzu vurulub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342760-nəcranda_ərəbistanın_casusluq_pilotsuzu_vurulub
Yəmənin ordu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə ərəbistanın cənubunda yerləşən Nəcran şəhərində səud rejiminin bir ədəd casusluq pilotsuzunu vurublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2019 05:17 Asia/Baku
  • ərəbistanın casusluq pilotsuzu vurulub
    ərəbistanın casusluq pilotsuzu vurulub

Yəmənin ordu və xalq komitələrinin hava hücumundan müdafiə qüvvələri dünən gecə ərəbistanın cənubunda yerləşən Nəcran şəhərində səud rejiminin bir ədəd casusluq pilotsuzunu vurublar.

Yəmənin ordu və xalq komitələri bildiriblər ki, bu pilotsuzu Nəcranın Əlşərəfə məntəqəsində hədəfə alıblar.

Yəmənin ordu və xalq komitələri səud koalisiyasının Yəmənə qarşı hücumları başlanandan bəri ərəbistanın və onun müttəfiqlərinin onlarla casusluq pilotsuzunu vurublar.

Bir yəmənli hərbi mənbə də dünən gecə Yəmənin ordu və xalq komitələrinin snayperlər bölməsinin Cizan və Nəcran cəbhələrindəki  əməliyyatlarında 29 səud muzdrununun öldürülməsindən xəbər verib.

Yəmənli qüvvələr son həftələr səud koalisiyası ilə döyüş meydanlarında mühüm qələbələr qazanıblar.