Bağdadda terror partlayışında 40 nəfər ölüb və yaralanıb
İyun 21, 2019 19:54 Asia/Baku
İraqın təhlükəsizlik mənbələri Bağdadın şərq məscidlərindən birində terror partlayışının baş verməsindən xəbər veriblər.
İraqın polis qüvvələri bildiriblər ki, bu gün Bağdadın şərq məscidlərindən birində keçirilmiş terror əməliyyatında on iraqlı həlak olub, otuz nəfər də yaralanıbdır.
Hələ heç bir qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir.
İŞİD terror qrupunun İraqda məğlub olmasına rəğmən, hələ bu terror qrupunun bir qrup üzvü bu ölkənin müxtəlif məntəqələrində iştirak edir və pərakəndə surətdə terror hərəkətləri törədir.