Bəhreyn xalqı Manama konfransına qarşı aksiya keçirib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i342920-bəhreyn_xalqı_manama_konfransına_qarşı_aksiya_keçirib
Bəhreyn xalqı fələstinlilərə qarşı yönəlmiş Manama konfransını pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 23, 2019 07:05 Asia/Baku
  • Bəhreyn xalqı Manama konfransına qarşı aksiya keçirib
    Bəhreyn xalqı Manama konfransına qarşı aksiya keçirib

Bəhreyn xalqı fələstinlilərə qarşı yönəlmiş Manama konfransını pisləyibdir.

Bəhreyn xalqı dünən gecə bu ölkənin paytaxtı Manamanın müxtəlif məntəqələrində aksiyalar keçirərək, Fələstin məsələsini zəiflətmək istiqamətndə Amerikanı və sionist rejimi müşayiət edən ərəb rejimlərinə, xüsusən ali-xəlifə rejiminə qarşı öz hiddətini ifadə edibdir.

Bundan öncə də bəhreynli qruplar və fəallar Manamada amerikan-sionist konfransın keçirilməsinə etiraz etmişdilər.

"Əsrin sövdələşməsi"nin icra edilməsinin birinci etapı olacaq Bəhreyn iqtisadi konfransı iyunun 25-i və 26-da Manamada keçirilməlidir.

Fələstin xalqının hüquqlarını aradan götürmək məqsədi güdən "Əsrin sövdələşməsi" adlı amerikan layihəyə əsasən, Qüdsi-Şərif sionist rejimə veriləcək, digər ölkələrdəki fələstinli didərginlər geridönmə haqqına malik olmayacaqlar və Fələstin yalnız İordan çayının qərb sahilində və Qəzzə zolağında yerdə qalan ərazilərin mülkiyyətinə malik olmuş olacaqdır.