İraq Türkiyənin Süleymaniyyəyə qarşı hava hücumunu pisləyib
-
Türkiyənin Süleymaniyyəyə qarşı hava hücumun
İraq xarici işlər nazirliyi dünən gecə bir bəyanatda Türkiyə qırıcılarının İraqın şimalında yerləşən Süleymaniyyə vilayətinin Kurtək məntəqəsinə qarşı hücumunu pisləyib. Həmin hücumda dörd nəfər ölüb, dörd nəfər də yaralanıbdır.
İraq xarici işlər nazirliyi bu bəyanatda Türkiyə qırıcılarının Süleymaniyyə vilayətinə hücumunu beynəlxalq qanunların açıq şəkildə pozulması adlandırıb və İraqın suverenliyinə hörmət edilməsi və bu təcavüzlərə son qoyulmasını istəyib.
Türkiyə qırıcıları çərşənbə günü gecə İraqın Süleymaniyyə vilayətinin Kurtək məntəqəsini bombardman ediblər.
Türkiyə son illərdə PKK ünsürlərini yatırmaq bəhanəsilə dəfələrlə İraq ərazisinə təcavüz edib. Bu təcavüzlər İraq hökumətinin və dünyanın digər ölkələrinin kəskin reaksiyası ilə üzləşibdir.