Yəmən pilotsuzları bir daha Əbha hava limanına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i343508-yəmən_pilotsuzları_bir_daha_Əbha_hava_limanına_hücum_ediblər
Yəmən pilotsuzları bir daha ərəbistanın cənubunda yerləşən Əbha hava limanını öz raket hücumları hədəfinə çeviriblər. Bu hücumda ərəbistan qırıcılarının saxlandığı məkan da hədəfə alınıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 02, 2019 04:15 Asia/Baku
  • Yəmən pilotsuzları bir daha Əbha hava limanına hücum ediblər
    Yəmən pilotsuzları bir daha Əbha hava limanına hücum ediblər

Yəmən pilotsuzları bir daha ərəbistanın cənubunda yerləşən Əbha hava limanını öz raket hücumları hədəfinə çeviriblər. Bu hücumda ərəbistan qırıcılarının saxlandığı məkan da hədəfə alınıbdır.

Yerli "Qasif-2" pilotsuzlarından istifadə ilə həyata keçirilən bu əməliyyatda ərəbistan qırıcılarının Əbha hava limanında saxlandığı məkana ağır xəsarətlər vurulub və beş səud hərbçisi yaralanıbdır. Hücumun şiddəti elə olubdur ki, Əbha hava limanının bütün uçuşları ləğv edilibdir.

Ötən həftələrdə ərəbistanın cənub şəhərlərinin hərbi mərkəzləri Yəmənin ordu və xalq komitələri qüvvələrinin geniş pilotsuz hücumları hədəfinə çevriliblər. Belə ki, ərəbistanda yerləşən amerikan "Patriot" raketləri onların izinə düşməyə qadir olmayıblar.

Yəmənli pilotsuzların ərəbistanın hava limanlarına və hərbi mərkəzlərinə qarşı dəqiq hücumları Ərriyad üçün bir kabusa çevrilib və indiyədək bu hücumlara mane ola bilməyibdir.