Suriya sionist rejimdən BMT-yə şikayət edib
-
Suriya sionist rejimdən BMT-yə şikayət edib
Suriya BMT-nin baş katibinə və bu təşkilatın Təhlükəsizlik Şurasına ünvanladığı ayrı-ayrı məktublarda sionist rejimin həmin ölkəyə qarşı hücumlarını pisləyərək, bu təcavüzləri Təl-Əvivin Suriyadakı böhranı uzatmaq üzrə səylərinin davamı kimi dəyərləndirib.
Sionist rejim dünən səhər tezdən Suriyanın mərkəzindəki Hums şəhərini və bu ölkənin paytaxtı Dəməşqin bəzi məntəqələrini raket hücumlarına məruz qoyub. Nəticədə biri körpə olmaqla dörd mülki şəxs həlak olubdur.
Suriya xarici işlər nazirliyi BMT-nin Təhlükəsizlik Şurasından istəyibdir ki, məsuliyyətli olsun və BMT Nizamnaməsinin sionist rejim tərəfindən pozulmasının təkrarlanmasının qarşısını almaq üçün ciddi addımlar atsın.
Bu məktubda deyilir: Bu hərəkətlər terrorçulara dəstək olmaq, həmçinin Suriya ordusunun və bu ölkənin müttəfiqlərinin İŞİD və Cibhətunnusrə qruplarının və digər terror qruplarının məhv edilməsi istiqamətində atılan addımlarının qarşısını almaq məqsədilə həyata keçirilir.
Və bu təcavüzlər Suriya xalqının terrorizm üzərində qələbə və Qolanın bir daha öz ölkəsinin ərazisinə qayıtması üçün daha artıq israr etməsinə səbəb olubdur.