Ərəbistanda benzin bahalaşıb
İyul 14, 2019 13:33 Asia/Baku
Ərəbistanın "Aramko" neft şirkəti bu ölkədə benzinin qiymətinin artmasından xəbər verib.
Ərəbistanın "Aramko" dövlət neft şirkəti bir bəyanat yayaraq bildiribdir ki, benzinin qiymətinin artması hökumətin ərəbistanda enerji daşıyıcılarının qiymətlərinin islahı üzrə layihələri istiqamətində həyata keçibdir.
Ərəbistan hökumətinin bu qərarı bu ölkə xalqının narazıığı və hiddəti ilə üzləşibdir. Belə ki, bəzi ərəbistan vətəndaşları sosial şəbəkələrdə ali-səudu tənqid atəşinə tutublar.
Twitter istifadəçilərindən bir qrupu da ərəbistanın Yəmənə qarşı savaşdakı siyasətlərini tənqid edərək, yazıb: Ali-səud Yəmən savaşının xərclərini xalqın cibindən çıxarmağa çalışır.