İyul 23, 2019 10:12 Asia/Baku
  • Terrorçuların Hələbə hücumunda 15 mülki həlak olub və yaralanıb
    Terrorçuların Hələbə hücumunda 15 mülki həlak olub və yaralanıb

Suriyanın təhlükəsizlik mənbələri terror ünsürlərinin Hələb şəhərinin ətrafındakı iki qəsəbəyə qarşı mərmi hücumunda on beş nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.

Terror ünsürləri dünən axşamçağı Suiryanın şimalında yerləşən Hələb şəhərinin ətrafındakı Əlcəmiliyyə və Əlhəmdaniyyə qəsəbələrini mərmi hücumlarına məruz qoyublar. Nəticədə yeddi nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.

Terror qrupları ötən həftənin bazar günü də Hələb şəhərindəki bəzi məntəqələri mərmi hücumuna məruz qoymuşdular ki, nəticədə səkkiz mülki həyatını itirmiş, bir qrup sivil də yaralanmışdı.

Hələbin qərb məntəqələrində Türkiyənin himayəsi altında olan terror qrupları iştirak edirlər. Onlar ardıcıl şəkildə bu şəhəri mərmi hücumlarına məruz qoyurlar.

Teqlər