İyul 25, 2019 20:33 Asia/Baku
  • Trampın Əfqanıstan haqdakı rasist sözlərinin pislənilməsi davam edir
    Trampın Əfqanıstan haqdakı rasist sözlərinin pislənilməsi davam edir

Əfqanıstan İslami Hərəkat Partiyasının sədri Amerikanın bu ölkədəki hərbi iştirakını həmin ölkədə mülkilərin qırğını, savaş və əmin-amansızlığın davam etməsinin əsas amili adlandırıb.

Moləvi Muhəmməd Muxtar Mofleh vurğulayıb ki, Əfqanıstan xalqı Amerikanı müstəmləkəçi, zalım və işğalçı bilir. O, Donald Trampın rasist sözlərini və bu ölkə xalqını təhqir etməsini pisləyib.

Əfqanıstanın din ailmlərindən olan Əbdulqadir Qanet də bu iclasda deyib: Həyasızlıq o yerə çatıbdır ki, Tramp Əfqanıstanın məhvindən və onun xalqının geniş surətdə qırğın edilməsindən danışır. Bu məsələ Əfqanıstan xalqı üçün dözülməz bir haldır.

Amerika prezidenti son zamanlar demişdi ki, Vaşinqton hərbi yolla Əfqanıstan savaşında bir həftə ərzində qalib gələ bilər, amma bu addımla azı on milyon nəfər öləcək və Əfqanıstan dünya xəritəsindən silinəcəkdir. Bu sözlər Əfqanıstanın müxtəlif təbəqələri tərəfindən kəskin reaksiyalarla qarşılanıbdır.

Teqlər