Avq 01, 2019 19:14 Asia/Baku
  • Yəmən ordusu səud təcavüzkarlarının Ədəndəki mövqelərinə hücum edib
    Yəmən ordusu səud təcavüzkarlarının Ədəndəki mövqelərinə hücum edib

Yəmən silahlı qüvvələrinin sözçüsü səud təcavüzkarlarının Ədəndəki mövqelərinə qarşı hücumdan xəbər verib.

Əlməsirə informasiya kanalının məlumatına görə,  Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsəri bu ölkənin ordusu və xalq komitələrinin pilotsuz və raket bölməsinin səud təcavüzkarlarına və onların muzdurlarına qarşı birgə əməliyyatına işarə edərək, deyib ki, səud təcavüzkarları və muzdurlarının Ədəndəki Əlcəla bazasında keçirilən hərbi toplantısı hədəfə alınıbdır.

Yəhya Əlsərinin sözlərinə görə, yəmənli qüvvələrin əməliyyatında bir qrup səud təcavüzkarı və muzduru, o cümlədən onların komandanlarından bir qrupu ölüb və yaralanıbdır.

Ərəb mənbələri Əlcəla bazasına qarşı raket hücumunda ölənlərin sayını 40 nəfər elan ediblər.

Röyters də təhlükəsizlik və tibb mənbələrinə istinadla Ədən limanında partlayışın baş verməsinə toxunaraq, xəbər veribdir ki, səud koalisiyası təcavüzkarlarından bir qrupu Ədəndə öldürülübdür.

Teqlər