İraqda bir amerikan PUA-nın süqut etməsi təsdiq olunub
Avq 10, 2019 21:29 Asia/Baku
-
İraqda bir amerikan PUA-nın süqut etməsi təsdiq olunub
Bir iraqlı rəsmi paytaxt Bağdadın şimal-qərbində Amerikanın bir casusluq pilotsuzunun süqut etməsini təsdiq edib.
Bəzi iraqlı medialar Bağdadın şimal-qərbində Amerikanın bir casusluq pilotsuzunun süqut etməsindən xəbər veriblər.
Adının gizli qalmasını istəmiş iraqlı rəsmi deyib ki, Amerikanın bir casusluq pilotsuzu ötən çərşənbə axşamı günü texniki nasazlıq üzündən Bağdadın şimal-qərbindəki Əlrizvaniyyə məntəqəsində süqut edib.
İraqdakı beynəxalq amerikan koalisiya bir neçə gün bu xəbəri gizli saxladıqdan sonra nəhayət bu PUA-nın süqut etdiyini etiraf edibdir.