Avq 11, 2019 12:01 Asia/Baku
  • Pakistan Kəşmir məsələsini BMT TŞ-yə göndərir
    Pakistan Kəşmir məsələsini BMT TŞ-yə göndərir

Pakistanın xarici işlər naziri deyib ki, ölkəsi Çinin dəstəyilə Kəşmir məsələsini BMT TŞ-yə göndərəcək.

Şah Mahmud Qureyşi əlavə edib: İslamabad BMT-nin Təhlükəsizlik Şurasında Kəşmir məsələsilə bağlı İndoneziya və Polşanın dəstəklərini cəlb etməyə çalışır.

Hindistan ötən bazar ertəsi günü bu ölkənin nəzarətində olan Kəşmir məntəqəsinin xüsusi ixtiyarlarını ləğv etdi.

Hindistanın nəzarətində olan Kəşmir məntəqəsinin xüsusi ixtiyarlarının bu ölkədəki hakim "Bharatia Canata" partiyasının nəzarəti altında olan parlament tərəfindən ləğv edilməsi ilə Hindistanın nəzarətində olan kəşmirlilər üçün şərait daha da çətinləşəcək və hinduların bu məntəqəyə mühacirətinə və onlar tərəfindən Kəşmir ərazisinin alqı-satqısına zəmin yaranacaqdır.

Hindistanın nəzarətində olan kəşmirlilər Yeni-Dehlinin bu məntəqədəki həmin hərəkətləri və digər addılmlarını özlərinə qarşı müharibənin elan olunması adlandırıblar.

İslam Əməkdaşlığı Təşkilatı çərşənbə günü Hindistanın nəzarətində olan Kəşmir məntəqəsinin xüsusi ixtiyarlarının Yeni-Dehli tərəfindən ləğv olunmasından nigarançlıq edib. Bu təşkilat bu məntəqə böhranının dinc həllini istəyib.

Pakistan hökuməti Hindistanın kəşmirlilərə qarşı düşmənçilik hərəkətlərinə reaksiyada Hindistanın İslamabaddakı səfiri Aci Besariyanı ixrac edərək, özünün bu ölkə ilə ticarət əlaqələrini dayandırıbdır

Kəşmirin bir hissəsi Hindistan, digər bir hissəsi isə Pakistan ərazisində yerləşir, amma hər iki ölkə bütöv Kəşmirə öz malikiyyətini iddia edir.

Teqlər