Daha bir qrup fələstinli əsir aclıq elan edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346329-daha_bir_qrup_fələstinli_əsir_aclıq_elan_edib
Fələstinin azadlığı uğrunda xalq cəbhəsi bir bəyanatda sionist rejim məhbəslərində aclıq aksiyası keçirən fələstinli əsirlərin sayının artmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2019 13:45 Asia/Baku
  • Daha bir qrup fələstinli əsir aclıq elan edib
    Daha bir qrup fələstinli əsir aclıq elan edib

Fələstinin azadlığı uğrunda xalq cəbhəsi bir bəyanatda sionist rejim məhbəslərində aclıq aksiyası keçirən fələstinli əsirlərin sayının artmasından xəbər verib.

Fələstinin azadlığı uğrunda xalq cəbhəsinin bəyanatında deyilir: Sionist rejim məhbəslərində olan əsirlərin digər bir qrupunun aclıq aksiyası keçirənlər sırasına qoşulması ilə aclıq keçirən əsirlərin sayı artıbdır.

Fələstinin azadlığı uğrunda xalq cəbhəsi zindan müdiriyyətinə təzyiq göstərməklə fələstinli əsirlərin tələblərinə cavab yolunda səy göstərir.

Bu fələstinli qrupun bildirdiyinə görə, aclıq keçirən əsirlərdən olan Həzifə Həlbiyyənin vəziyyətinin ağırlaşmasının məsuliyyəti sionist rejimin üzərinə düşür.

Hazırda sionist rejim məhbəslərində altı minə yaxın fələstinli əsir var.