BMT Ədəndəki mülkilərin durumundan nigarançılıq edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i346387-bmt_Ədəndəki_mülkilərin_durumundan_nigarançılıq_edib
BMT Yəmənin cənubunda yerləşən Ədən şəhərindəki son hadisələrdən və bu zorakılıqların sivillərin yaşayışına təsirindən nigarançılıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2019 08:35 Asia/Baku
  • BMT Ədəndəki mülkilərin durumundan nigarançılıq edib
    BMT Ədəndəki mülkilərin durumundan nigarançılıq edib

BMT Yəmənin cənubunda yerləşən Ədən şəhərindəki son hadisələrdən və bu zorakılıqların sivillərin yaşayışına təsirindən nigarançılıq edib.

BMT belə qeyd edib: Bütün tərəflər elə hərəkət etməlidirlər ki, bu şəhərdəki hadisələr Ədəndə səbatsızlığın artması ilə nəticələnməsin.

Ədən şəhəri ərəbistanın himayəsi altında olan Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbuh Mənsur Hadinin qüvvələrilə əmirliklərin tabeliyində olan cənub keçid şurası qüvvələri arasında döyüş səhnəsidir.

Yüzlərlə yəmənli ailə Ədəndəki döyüşlərə görə, mühasirədədir və çətin məişət şəraitindədir. Belə ki, şəhərin müxtəlif məntəqələrində suyun kəsilməsindən sonra mülkilər yardım istəyirlər.

Əmirliklər və ərəbistan 2015-ci ilin martında Yəmənə basqın etdikdən sonra hər biri bu ölkənin bəzi hissələrini işğal edib. Onlar yerli muzdurlardan yəmənli qüvvələrə qarşı əməliyyat üçün istifadə edirər.